Dünya
Azərbaycan Ermənistanın siyasi planını alt-üst etdi: "Sarkisyanın..."
Apreldə baş verən “dördgünlük müharibə” zamanı işğal altında olan ərazilərin bir qismini azad edən Azərbaycan Ordusu Ermənistanda siyasi planları da alt-üst edib.
Publika.az xəbər verir ki, Ermənistanın
“Qraparak” qəzeti ölkədə idarəetmə institutunun parlament
respublikasına keçid qərarının dəyişəcəyini yazıb.
Qəzetin məlumatına görə, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimin bu barədə qərarı artıq ləğv edilib.
“Aprel müharibəsindən sonra Qarabağda (qondarma “DQR” ) idarəetmə
modelinin dəyişdirilməsi məsələsi havada donub qaldı. “Dördgünlük
müharibə”dən sonra belə hesab olunur ki, modelin dəyişilməsi
təhlükəlidir. Artıq bu haqda rəsmi şəkildə də məlumat yayılıb”, -
deyə qəzet yazıb.
Qəzetin əldə etdiyi məlumata görə, “dördgünlük müharibə”dən
sonra Ermənistanda da parlament respublikasına keçid haqda
tərəddüdlər yaranıb: “Güman edilir ki, İrəvan bu dəyişiklikdən
imtina edəcək”.
Qeyd edək ki, Ermənistanda 2017-ci ildə parlament respublikasına
keçid olacağı gözlənilirdi. Serj Sarkisyan bu vasitə ilə öz
hakimiyyətini uzatmaq niyyətində idi.
Asif
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR