• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

Putin və Ərdoğanın görüşü barədə SON BƏYANAT

  • Dünya
  • 25 İyul 2016 16:18
  • 916 Baxış
Putin və Ərdoğanın görüşü barədə SON BƏYANAT

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan G20 sammitinə (“Böyük iyirmilik”) qədər görüşə bilər.

Publika.az xəbər verir ki, bunu “Habertürk” kanalının efirində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Avqustda G20 sammitindən əvvəl Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq. Görüşdə əhəmiyyətli mövzular müzakirə ediləcək”, - nazir bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 20-də bildirib ki, Putin və Ərdoğanın görüşü avqustun birinci ongünlüyündə Rusiya şəhərlərindən birində keçiriləcək.

“Hazırda diplomatik kanallar üzrə Putin və Ərdoğanın görüşü hazırlanır. Onlar razılaşıblar ki, bu görüş avqustun birinci ongünlüyündə olsun. Görüş Rusiyada keçiriləcək. Hazırda şəhər və konkret tarix dəqiqləşdirilir”, - Peskov jurnalistlərə deyib.

Rusiya prezidentinin mətbuat katibi Rusiya və Türkiyə liderlərinin avqustun 9-da Bakıda görüşəcəyi barədə yayılan xəbərləri təkzib edib: “Bu, yalandır. Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü olacaq”.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR