• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Rusiya-Ukrayna müharibəsi? – Tramp və Klintondan ƏKS MÖVQE

  • Dünya
  • 25 İyul 2016 20:32
  • 560 Baxış
Rusiya-Ukrayna müharibəsi? – Tramp və Klintondan ƏKS MÖVQE

Respublikaçılar Partiyasında ekspertlər səviyyəsində ABŞ-ın Ukraynaya ölümcül müdafiə silahları çatdırması məsələsi fəal müzakirə edilir.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.

Səfir həmçinin qeyd edib ki, Respublikaçılar Partiyasında Ukrayna üzrə yekun mövqe yoxdur. Onun sözlərinə görə, respublikaçıların xarici siyasət və təhlükəsizlik strategiyası üzrə iş planı hələ tam hazır deyil.

“Strategiya üstündə iş davam edir. Ukrayna üzrə yekun mövqe yoxdur. Amma partiyada ekspertlər səviyyəsində ABŞ-ın Ukraynaya ölümcül müdafiə silahları çatdırması məsələsi fəal müzakirə edilir. Tramp da müzakirələrə alışıb” - Çalıy söyləyib.

Onun sözlərinə görə, Ohayo ştatının qubernatoru Con Keysik daha sərt mövqe tutaraq Trampı dəstəkləmir: “Keysik hesab edir ki, ABŞ Kiyevi maksimal dəstəkləməlidir. O, söz verib ki, Ukraynaya ölümcül müdafiə silahının verilməsi üçün hər şeyi edəcək. Eyni mövqedə senator Ted Kruz dayanır. Respublikaçılarda bu proses yalnız başlanıb və real vəziyyəti qiymətləndirmək yalnız seçki kampaniyasının sonunda mümkün olacaq”.

Qeyd edək ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Ukraynaya silah verilməsinin əleyhinə olduğunu bəyan edib. Onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klinton isə bildirib ki, prezident seçiləcəyi halda Kiyevə ölümcül silahı verə bilər.

Bundan başqa, Kanada və Ukrayna müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşmanı imzalamağa hazırlaşır. Razılaşma Kanada silahının Kiyevə çatdırılmasına imkan verəcək.

Ukrayna və Polşa artıq silahın çatdırılması haqqında razılaşmanı imzalayıb. ABŞ-ın dövlət katibi Con Kerrinin sözlərinə görə, beş ölkə Rusiya təcavüzünə görə Ukraynaya silah verilməsi üzərində işləyir.

Rəsmi Moskva bildirir ki, Ukraynaya silah verilməsi ölkənin şərqində vəziyyəti daha da gərginləşdirəcək. Hər Rusiya, həm də Qərb analitikləri bi fikirdədir ki, Ukraynanın silahlandırılması Rusiyanın bu ölkəyə genişmiqyaslı müdaxiləsinə gətirib çıxara bilər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>