Suriyalı və çeçenlərin beynəlxalq şəbəkəsi ifşa edildi
Bizi izləyin

Dünya

Suriyalı və çeçenlərin beynəlxalq şəbəkəsi ifşa edildi

Avstriya polisi qonşu ölkələrdən olan həmkarları ilə birgə miqrantların daşınması üzrə böyük beynəlxalq şəbəkəni ifşa edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Zalsburq polisinin direktoru Frans Ruf jurnalistlərə bildirib.

Onun sözlərinə görə, miqrantların qanunsuz daşınması ilə məşğul olan beynəlxalq şəbəkəyə bir suriyalı və üç Çeçenistan Respublikasının sakini rəhbərlik edirdilər. Şəbəkənin rəhbərləri, həmçinin üç adi “əməkdaş” iyulun 21-də saxlanılıb.

Yüzlərlə polis və xüsusi təyinatlı dəstənin əməkdaşı il ərzində 17 nəfəri həbs edib və 200-dən çox qeyri-leqal miqrantın daşınmasının qarşısını alıb. Amma cinayətkarlar son illər ərzində ərzində Avropaya minlərlə miqrantı qanunsuz keçirə biliblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm