“Pobeda”dan “Kamaz”a qədər - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

“Pobeda”dan “Kamaz”a qədər - FOTOLAR/VİDEO

Kiyev şəhərin Peçerski rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin retro avtomobillərinə həbs qoyub.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, məhkəmənin qərarı vahid reyestrdə dərc edilib.

Avtomobillər Yanukoviçin Rusiyaya qaçışından sonra “Mejiqore” iqamətgahında (2012-ci ildən Yanukoviç tərəfindən istifadə edilirdi – red.) saxlanılırdı. Qərarda göstərilir ki, istintaqın məlumatına görə, “Mejiqore”də Yanukoviçin məişət ehtiyaclarının təmin olunması məqsədi ilə MMC yaradılmışdı. Retro avtomobillər məhz bu MMC-nin rəsmi mülkiyyətində idi.

Ümumilikdə, 27 avtomobilə həbs qoyulub. Onların arasında “Pobeda”dan “Kamaz”a qədər müxtəlif markalı avtomobillər var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm