Sarkisyan aprel müharibəsinə görə BRAZİLİYAYA GEDİR
Bizi izləyin

Dünya

Sarkisyan aprel müharibəsinə görə BRAZİLİYAYA GEDİR

Ermənistandakı qiyamdan sonra Serj Sarkisyanın avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının keçiriləcəyi Rio-de-Janeyroya getməsi sual altındadır.

Publika.az xəbər verir ki, Ermənistanın “İrates de facto” qəzeti Sarkisyanın Rio-de-Janeyroya getmək istəyinin əsil səbəbi haqda yazıb.

“Sarkisyanın səfəri planlaşdırılır. Maraqlıdır ki, onun səfəri daha çox siyasi məqsəd daşıyır. Belə ki, Sarkisyan Rio-de-Janeyroya getməklə aprel müharibəsindən sonra Ermənistanda hər şeyin normal olduğunu göstərmək istəyirdi. Həmçinin, bir sıra liderlərlə görüşəcəkdi. Lakin hazırda Ermənistanda son dərəcədə gərgin vəziyyət yaranıb. Çoxları hesab edir ki, Sarkisyan Rio-de-Janeyroya getməyəcək. Lakin belə düşünənlər də var ki, hazırki problem avqustun 5-nə qədər həll olunacaq və Sarkisyan səfərini təxirə salmayacaq”, - deyə qəzet yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm