Dünya
“Ölüm maşını” İrəvan səmasında: Kreml Sarkisyanın köməyinə gəlir
İrəvanda polis-patrul alayının binasını ələ keçirən
qiyamçılar hakimiyyət qarşısında yeni tələblər irəli sürüblər.
Publika.az xəbər verir ki, özlərini “məğlubedilməz
döyüşçülər” adlandıran silahlı qrup tələblərini sosial şəbəkələrdə
yayıb.
“Hakimiyyət bizə kütləvi informasiya vasitələrinə çıxış verməli,
danışıqlarda vasitəçi kimi Açot Minasyanı qəbul etməli, həmçinin
neytral zonanı pozmamalıdır”, - deyə tələblərdə bildirilir.
Qeyd edək ki, iyulun 17-də İrəvanda polis-patrul alayının
binasını ələ keçirən silahlı qrup polis əməkdaşlarını və yüksək
vəzifəli polis zabitlərini girov saxlayırdı. Onlar həbsdə olan
“Yeni Ermənistan” hərəkatının lideri Jiray Sefilyanın həbsdən azad
olunmasını və Serj Sarkisyanın prezident postundan istefa verməsini
tələb edirlər. İyulun 23-nə kimi silahlı qrup bütün girovları
buraxıb, lakin onlar binanı tərk etməyiblər. Hazırda müxalifət
onlara dəstək aksiyaları keçirir. Lakin hakimiyyət qiyamçılara qida
və su, həmçinin, dərman vasitələri verməkdən imtina edir. Məlumata
görə, dünən axşam müxalifətçilərdən biri şəxsi maşını ilə polisləri
yararaq, silahlılara ərzaq çatdırmağı bacarıb. “İsr” Partiyasından
olan deputat Zarui Postandjyanın qiyamçılara ərzaq vermək istəyi
qəbul olunmayıb. Müxalif deputat hazırda binanın ətrafındadır və öz
tərəfdarları ilə polisin mühasirəsindədir.
“Joxovurd” qəzeti isə Serj Sarkisyanın qiyamçılarla bağlı qərarının
təfərrüatlarını yayıb.
“Sarkisyan yaranmış vəziyyətdən çıxış üçün Jirayr Sefilyanla
görüşməyə razılıq verib. Lakin o, qiyamçıların tələbləri ilə
razılaşmaq fikrində deyil”, - deyə qəzet yazıb.
“Təsisedici parlament” hərəkatının üzvü Qraçik Mirzoyan deyib
ki, hakimiyyət qarşıdurmaya getməyə hazırlaşır: “Biz məlumdur ki,
İrəvanın üzərindən hərbi vertolyotlar uçur. Polis qüvvələrinin sayı
artırılıb. Bu, psixoloji hücumdur. Lakin bu gün əldə etdiyim
məlumata görə, əraziyə hərbi texnika da yeridilir. Məqsəd binanın
böyük divarlarını dağıtmaqdır. Əgər qan töküləcəksə, günahkar
Sarkisyan olacaq və xalq onu bağışlamayacaq”.
Qeyd edək ki, dünən axşam saatlarında İrəvan üzərindən uçan
hərbi helikopterlərin Rusiyanın 102-ci hərbi bazasına məxsus olduğu
iddia edilir. Məlumata görə, bazadan 4 hərbi helikopter havaya
qalxıb, lakin onlar geri qayıtmayıblar. Helikopterlərin İrəvanda
olduğu hesab olunur.
Xatırladaq ki, iyulun 20-də Serj Sarkisyanın Rusiya Federal
Təhlükəsizlik Xidmətinin (FSB) “Alfa” xüsusi təyinatlılarını (bu
qrupa Rusiyanın ən güclü kəşfiyyatçıları daxildir və adətən onlara
“ölüm maşını” deyirlər) göndərmək xahişi ilə Moskvaya müraciət
etdiyinə dair məlumat yayılmışdı. “Armenianreport” saytı yazırdı
ki, Sarkisyan “dəfn olunmaq” fikrində deyil və o, hakimiyyətini
saxlamaq üçün Rusiyaya üz tutacaq. Bu informasiya fonunda Rusiyaya
məxsus hərbi bazadan helikopterlərin havaya qalxması haqda iddia
diqqət çəkir. Hesab etmək olar ki, Sarkisyan Rusiyadan həqiqətən də
yardım istəyib.
Asif Nərimanlı
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO