ABŞ-ın 15 şok sirri: məxfi həbsxanalar, Kastronun qətli üzrə planlar... - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-ın 15 şok sirri: məxfi həbsxanalar, Kastronun qətli üzrə planlar... - FOTOLAR

ABŞ dünyanın ən güclü və nüfuzlu ölkəsidir. Ölkə demək olar ki, sonsuz hərbi imkanları ilə lovğalana bilər. Və təbii ki, belə bir ölkənin hərbi sferasında bir çox sirlər var. Onların mövcudluğu haqqında hətta bütün hərbi komandirlər bilmirlər.

Publika.az xarici mediaya istinadən ABŞ-ın hərbi sirlərindən bir neçəsini təqdim edir.

1. Boeing X-37

Bu tam məxfi təyyarə hazırda kosmosda – Yer planetinin orbitindədir. Heç kəs onun orada niyə olduğunu dəqiq bilmir. Bəziləri yəqin ki, onun nəyə lazım olduğu bilirlər, amma bu insanların sayı çox azdır. Təyyarə 2010-cu ildə orbitə buraxılıb və onun idarəsi tamamilə avtomatikdir.

2. Pakistanda ordu

Çoxları ABŞ-ın İraq və Əfqanıstanla münasibətləri haqqında bilirlər. Pakistanla münasibətlər haqqında necə? ABŞ-ın Yaxın Şərq ölkələrinin əksəriyyəti ilə münasibətləri çox da yaxşı deyil. Amma ABŞ Pakistan ordusu və kəşfiyyatı ilə əməkdaşlıq edir, hətta bu ölkənin əsgərlərindən ordu yaradıb. Bu orduda Amerika təlimatçıları təlim keçirlər. ABŞ və Pakistanın kəşfiyyat xidmətlərinin məxfi razılaşması mövcuddur. Razılaşma hər iki ölkəyə “Əl-Qaidə” ilə effektiv mübarizə aparmağa kömək edir. Mümkündür ki, Yaxın Şərqdə hadisələrin inkişaf sürətini nəzərə alaraq sözügedən ordu, həmçinin Amerika təlimatçıları burada artıq mövcud deyil.

3. Fidel Kastronun qətli üzrə planlar

1960-cı illərdə illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Kubanın əfsanəvi lideri Fidel Kastronun qətli üzrə bir çox plan üzərinə işləyirdi. Bir neçə tam məxfi ssenari hazırlanmışdı. Onlardan bəziləri ictimaiyyətə məlum oldu. Onlardan biri xüsusilə qəribə idi: Fidel Kastronun qətlinin aləti kimi balıqqulağı çıxış edirdi... CİA-da Kuba siqarları, zəhərli həblər və idxal edilən zəhərli göbələklər kimi alətlər də var idi.

4. Nyu-Yorkun mərkəzi vağzalında bunker

Əgər siz ABŞ-ın tarixini bilirsinizsə və ya Nyu-Yorkda yaşayırsınızsa, əlbəttə ki, mərkəzi vağzal haqqında bilirsiniz. Bu, ölkənin ən geniş nəqliyyat qovşaqlarından biridir. Amma siz burada tam məxfi hərbi bunkerin olduğunu bilməyə bilərsiniz. Vağzalın altında doqquz mərtəbədən ibarət M-42 adlı bunker yerləşdirilib.

5. Daha bir “51-ci bölgə”?

Yuta ştatındakı Daquey sınaq poliqonunu “ikinci 51-ci bölgə” adlandırırlar. Bu daha bir məxfi hərbi bazadır və haqqında bir çox şayiələr var. Bəziləri deyirlər ki, burada həmçinin silah sənayesində olan son ixtiralar, həmçinin kimyəvi və bioloji silahlar yoxlanılır. Bu baza Perl-Harbor bazasına (Yaponiya silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Perl-Haybor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu – red.) hücumdan dərhal sonra tikilib. Dəqiq məlumdur ki, onda qoruyucu geyimləri və kimyəvi silahları aşkar etmək üçün hazırlanan avadanlığı yoxlayırlar.

6. Hərbi bazalarının məlumatlarının oğurlanması

2015-ci ildə ABŞ-ın hərbi bazalarına genişmiqyaslı kiberhücumu haqqında məlumat yayıldı. Dövlət baş verənlərdən silkələnmişdi. İddiaya görə, hücum ABŞ-la düşmən münasibətdə olan qruplaşmalar və dövlətlər tərəfindən edilmişdi. Çin birinci şübhəli idi. Çin isə hücumda iştirakı inkar edirdi. Amma CİA-nın apardığı araşdırmaların gedişi üzrə heç bir yeni məlumat verilmədi.

7. Hətta hərbi ekspertlərdən gizlədilmiş məxfi baza

2016-cı ildə aşkar edildi ki, Nevada ştatında səhrada yerləşən daha bir məxfi baza var. “6-cı bölgə” adlandırılan baza az sayda insana məlumdur. Bütün hərbi ekspertlər baza barədə məlumatlı deyillər. Deyilənə görə, baza ABŞ-ın Nüvə Təhlükəsizliyinin Milli Agentliyinin layihələri üçün qurulub. “6-cı bölgə”də nələr baş verir? Heç kim bilmir. Bəzi məlumatlara görə, böyük ərazilərə malik bazada pilotsuz təyyarələri yoxlamaq olar.

8. “51-ci bölgə”

Ola bilər ki, siz Las-Veqas yaxınlığında yerləşən ABŞ-ın məxfi hərbi bazası haqqında eşitmisiniz. CİA-nın agentləri “51-ci bölgə”də gecə-gündüz işləyirlər. Onlar orada zəmanət verirlər ki, heç vaxt “51-ci bölgə”də olanlardan danışmayacaq. Ərazidən 1960-cı illərdə Amerika kəşfiyyat təyyarələrinin yoxlanılması üçün istifadə olunurdu. İndi hesab edilir ki, burada ən müasir məxfi silahlar sınaqdan keçirilir. Bəzi iddialara görə, “51-ci bölgə”də yadplanetlilər üzərindəki araşdırmalar aparılır.

9. Əfqan hərbi əsirləri üçün məxfi həbsxanalar

Əfqanıstanda aparılan müharibə haqqında bir çox mübahisəli məsələlər var. Onlardan biri hərbi əsirlər üçün məxfi həbsxanalardır. 2009-cu ildə Barak Obama administrasiyası bildirdi ki, Əfqanıstanda CİA-nın bütün məxfi həbsxanaları məhv edilib. Görünür, hakimiyyət bütün həqiqəti açmadı. 2011-ci ildə “Associated Press” agentliyinin müxbiri Kimberli Dozer əvvəlki kimi fəaliyyətdə olan əfqan həbsxanalarında məhbusları ələ salan Pentaqonun yüksək vəzifəli şəxsləri haqqında məhvedici məqalə yazdı. O, bildirdi ki, 20 həbsxana qalır və dustaqlar sistematik işgəncələrə məruz qalır, ağır təhqirlərlə üzləşirlər. Dünya şoka düşmüşdü. Daha əvvəl dünya Quantnamo həbsxanasında baş verənlər barədə məlumatlı idi.

10. "USS Jimmy Carter” Amerika sualtı gəmisi

Bu sualtı gəmi ilk dəfə 2004-cü ildə suya endirilib və Şimali Koreya barədə casusluq üçün istifadə olunurdu. "USS Jimmy Carter” ən müasir texnologiyalarla təchiz edilib. Bu texnologiyalar başqa sualtı gəmilərdə edilən danışıqlara gizli şəkildə qulaq asmağa və həmçinin rəqiblərin dəniz limanlarında olmağa imkan verir. Biz gəminin bütün sirlərini bilmirik, çünki ABŞ onları tamamilə açmır. Yuxarıda deyilənlərdən başqa, gəminin tutumu insanı heyrətləndirir. Sualtı gəminin tutumu təyyarələri və böyük miqdarda silahı daşımağa imkan verir.

11. Culiya Çayld CİA-ya işləyirdi

Bəli, məşhur amerikalı baş aşpaz və kulinariya ilahəsi Culiya Çayld. O, daha əvvəl Culiya MakUilyams kimi məşhur idi. CİA onu II Dünya Müharibəsi zamanı cəlb edib. CİA-nın minlərlə başqa əməkdaşı kimi Culiyanın həyatının bir hissəsi haqqında sənədlər 2008-ci ildə elan edilib.

12. HAARP təşəbbüsü

Ronald Reyqanın administrasiyası dövründə Alyaskada HAARP stansiyasının (High Frequency Active Auroral Research Program) icazə verilmişdi. Layihə ordunun iştirakı ilə həyata keçirilirdi və tamamilə məxfi idi. Hərçənd ilk baxışda layihədə xüsusi heç nə yox idi. İddia edilir ki, stansiya kosmosun və ionosferin öyrənilməsi üçün tikilmişdi. Ancaq onun ətrafında məxfiliyə görə çoxlu şayiələr gəzir. Fərziyyəyə görə, HAARP ən yeni iqlim silahıdır.

HAARP Pentaqonun idarəçiliyində olan və ABŞ ordusuna xidmət edən önəmli bir layihədir. HAARP-ın Alyaskadakı mərkəzində ionosferə yüksək tezlikli (10 MgHz) radio siqnallar göndərə bilən çoxlu antenna yerləşir. Antennalar idarə oluna və dəqiq bir nöqtəyə tuşlana bilir. Hazırda HAARP 4,7 giqavat “effective radiated power” (ERP) gücə malikdir.


HAARP-ın digər adı iqlim silahıdır. Deyilənə görə, ABŞ bu iqlim silahını daha çox Rusiya üzərində sınaqdan keçirdir. HAARP rəsmən 1997-ci ildən etibarən ABŞ silahlı qüvvələri, dəniz qüvvələri və Alyaska universitetinin idarəçiliyi altında fəaliyyətə başlayıb. 22 metrlik ölçüdə olan 180 antennadan ibarətdir, 14 hektar ərazini əhatə edir. HAARP seçilmiş bir bölgə üzərinə Günəşdən min dəfə çox enerji göndərmək gücünə sahibdir və ekspertlərin fikrincə, həmin ərazi üzərində mikrodalğalı soba effekti yarada bilir. Faktlar sübut edir ki, HAARP işə başladığı gündən dünyanın müxtəlif nöqtələrində iqlim dəyişikliyi, anomal hava şəraiti hökm sürür. Qar yağmalı yerlərdə kəskin istilər hökm sürür, isti iqlimi olan ərazilərdə isə soyuq, qar müşahidə olunur.

13. FTB Con Lennonu izləyirdi

“Liverpul dördlüyü”nün əsas simalarından olan Con Lennon öz baxışları haqqında danışmaqdan qorxmurdu. O, Vyetnamdakı müharibə haqqında mənfi mövqeyinin ifadə olunduğu mahnılardan sonra FTB tərəfindən izlənilməyə başlandı. FTB-nin fikrincə, o, dövlətin əmin-amanlığı üçün təhlükə yaradırdı. FTB-də əmin idilər ki, Lennon mərkəzləşdirilmiş etiraza başçılıq edə bilərdi. Həmçinin onun qızı izlənilməyə başlandı. Prezident Niksonun hakimiyyətə gəlişindən sonra onun adı izlənilənlərin siyahısından çıxarıldı.

14. "MK-Ultra" layihəsi

CİA “soyuq müharibə” illərində insan ağlına nəzarət üzrə bir çox sınaq həyata keçirirdi. Təcrübələr 1973-cü ilə qədər davam etdi. CİA-nın direktoru Riçard Xelms həmin il “MK-Ultra” layihəsinin bütün sənədlərinin məhv edilməsini tələb etdi. Bununla belə, ictimaiyyətə bir il sonra məlum oldu ki, CİA bu layihəyə 20 milyon dollar qoyub. Layihəyə hətta universitetlərin işçiləri cəlb edilmişdi.

15. “Səhər işığı” əməliyyatı

ABŞ-ın bu məxfi hərbi missiyası 1970-ci illərdə - prezident Cimmi Karterin dövründə həyata keçirilib. 1977-ci ildə Sovet İttifaqı “Kosmos-954” adlı peyk buraxdı və SSRİ peyk üzərində kontrolu itirdi. Amerika alimlərinin hesablamalarına görə, “Kosmos-954” Şimali Amerikada düşməli idi. Amma dəqiq yer məlum deyildi. Peyk Kanada tundrasına düşdü və onun qırıntıları tamamilə Amerika hərbçiləri tərəfindən götürüldü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm