İrəvanda həbslər davam edir - FOTOLAR/VİDEO (YENİLƏNİR)
Bizi izləyin

Dünya

İrəvanda həbslər davam edir - FOTOLAR/VİDEO (YENİLƏNİR)

İrəvanda dünən gecə keçirilən etiraz aksiyasında saxlanılan 64 nəfərin 63-ü sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, üzərində silah tapılan yalnız bir nəfər həbsdə saxlanılıb.

Lakin buna paralel olaraq həbslər davam edir. Məlumata görə, polis binasını ələ keçirən silahlı qrupa yardım etməkdə şübhəli bilinən hər kəs saxlanılır.

***

10:22

İrəvanda dünən axşam keçirilən etiraz aksiyası zamanı 30 nəfər saxlanılıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, polislər etirazçıların Sarkisyanın istefası ilə bağlı plakatlarını dağıdıblar.

Daha sonra etirazçılar qərara alıb ki, aksiyanı sabah davam etdirsinlər. Etirazçılar ərazini tərk edəndən sonra polisin əl-qolu açılıb və həbslər başlanıb.

Məlumata görə, polis jurnalistlər də daxil olmaqla qarşılarına çıxanı həbs ediblər. İnsanlar nömrəsiz olan mülki avtomobillərlə aparılıb.

“Epress” qəzetinin müxbiri deyir ki, onun gözləri qarşısında 13-14 yaşlı oğlan polis tərəfindən vəhşicəsinə döyülüb.

Qeyd edək ki, etiraz aksiyası dağıdıldıqdan sonra polis qüvvələri binanı tutan qiyamçılara qarşı əməliyyat keçirib. Nəticədə, bir polis və silahlı qrupun lideri Panuk Manukyanla oğlu Aram Manukyan yaralanıb. İki qiyamçı polisə təslim olub. Hazırda Panuk Manukyan və oğlunun vəziyyəti ağırdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm