Dünya
Rusiya gömrüyünün rəhbəri həbs edilir
Rusiya Federal Gömrük Xidməti rəhbəri yaxın saatlarda istefa haqqında ərizə yazacaq.
Publika.az xəbər verir ki, bu haqda “Slon.ru” saytı yazıb.
Sayt yazır ki, “Gazeta.ru”da göstərilən kadrlardan sonra vəzifənin saxlanılması saat və ya günlərin məsələsidir. Dünən isə “Dojd” kanalı hökumətdəki mənbələrinə istinadən Andrey Belyaninovun öz istəyi ilə istefa ərizəsini yazdığını bildirib.
“Mümkündür ki, Belyaninov hətta barmaqlıqlar arxasında olacaq. Bunu istisna etmək lazım deyil”, - “Slon.ru” bildirb.
Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin
(FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük
Xidmətinin mərkəzi aparatında axtarış keçirib. İstintaq hərəkətləri
Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı
alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə
bağlı başlanan cinayət işi çərçivəsində aparılıb. Axtarışlar
həmçinin Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun
evlərində aparılıb.
Mənbənin “Gazeta.ru”ya bildirdiyinə görə, istintaq bu şəxslərin qaçaqmalçılıqla əlaqəli qanunsuz fəaliyyəti barədə faktlara malikdir. Məlumata görə, Rusiya gömrük rəhbəri Andrey Belyaninovun iş otağında barəsində cinayət işi başlanmış “Forum” holdinqinin rəhbəri Dmitri Mixalçenkonun vizit kartları aşkarlanıb.
Qeyd edək ki, axtarış zamanı Andrey Belyaninovun evində ayaqqabı qutularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 milyon rubl, 400 min dollar və 300 min avro aşkarlanıb. Bundan başqa, tədqiqatçılar onun Moskvadakı üç mənzilində axtarışlar aparıblar.
Hazırda qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm
kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə
olunması araşdırılır.
Belyaninov müstəntiqlərə bildirib ki, onun evində tapılmış pul “ailə yığımları”dır.
Qeyd edək ki, Federal Gömrük Xidməti rəhbəri 1978-ci ildə “KQB”-də (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi-DTK) işə başlayıb. Şərqi Almaniyadakı vəzifəsi əsnasında hazırkı prezident Vladimir Putinlə tanış olub.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!