Davudoğlu MİT şefinə sui-qəsd planından DANIŞDI
Bizi izləyin

Dünya

Davudoğlu MİT şefinə sui-qəsd planından DANIŞDI

“İyulun 15-də qiyamçılar ilk olaraq Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidana sui-qəsd edəcəklərdi. Ancaq şükürlər olsun ki, qiyamçılar MİT-ə daxil ola bilmədilər”.

Publika.az xəbər verir ki, bunu hazırda “NTV” televiziya kanalında canlı yayımda çıxış edən Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bildirib.

Ə.Davudoğlu deyib ki, qiyam cəhdi ilə bağlı ilk xəbərdarlıq da məhz Hakan Fidana sui-qəsd hazırlanması ilə bağlı edilib: “15 iyul gecəsi MİT qiyamçılarla sonadək döyüşərək, mübarizədən qalib ayrılıb. Əgər qiyamçılar MİT-i ələ keçirsəydi, növbəti hədəf prezident Rəcəb Tayyib Ərdoğan olacaqdı”.

Ə.Davudoğlu baş nazir olduğu dönəmdə onun da qanunsuz olaraq dinlənildiyini bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm