ABŞ-da terror təşkilatının nümayəndəliyi açılacaq – ŞOK
Bizi izləyin

Dünya

ABŞ-da terror təşkilatının nümayəndəliyi açılacaq – ŞOK

PKK terror təşkilatının Suriya qolu olan PYD ABŞ-da nümayəndəliyini açmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda “Sputnik” agentliyinə danışan PYD-nin həmsədrlərinin məsləhətçisi Siyanek Dibo bildirib.

Yaxın vaxtlarda ABŞ-da “Rojava demokratik muxtariyyət” bürosu açacaqlarını deyən PYD nümayəndəsi Vaşinqton ilə yaxşı əlaqələr qurmaq istədiklərini söyləyib.

“Məqsədimiz Rojavanı ABŞ-da da tanıtmaqdır. Bir çox ölkə ilə yaxşı əlaqələr qurmaq istəyirik. ABŞ ilə onsuz da İŞİD-ə qarşı birlikdə mübarizə aparırıq”, - o, deyib.

Qeyd edək ki, PYD daha əvvəl Rusiya, Almaniya, Fransa və Şimali İraq kürd muxtariyyətində nümayəndəliyini açıb. Ankaranın tələblərinə baxmayaraq, Vaşinqton PYD-ni terror təşkilatı olaraq tanımadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm