• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Türkiyə və Rusiyadan növbəti BİRGƏ ADDIM

  • Dünya
  • 27 İyul 2016 15:22
  • 924 Baxış
Türkiyə və Rusiyadan növbəti BİRGƏ ADDIM

Bu ilin sentyabr-oktyabr aylarında Antalyada Türkiyə-Rusiya İqtisadi Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Dünya Türk Əməkdaşlıq Şurası Avrasiya Komitəsinin sədri Əli Qalib bildirib.

O deyib ki, bununla bağlı Türkiyə və Rusiya hökumətləri arasında müvafiq razılıq əldə edilib.

“Bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 9-da Sankt Peterburqa edəcəyi səfər zamanı prezident Vladimir Putinlə keçirəcəyi görüşlərdə də müzakirə olunacaq. Ümumiyyətlə, bu səfər Türkiyə və Rusiya arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcək və yeni imkanlar yaradacaq. Çox şükür ki, Rusiya və Türkiyə arasında münasibətlər normallaşıb. Bu normallaşma çərçivəsində Türkiyə və Rusiyadan olan iş adamlarının ortaq iclas keçirməsinə böyük ehtiyac var. Biz də istəyirik ki, belə bir iclası bu ilin sentyabr və ya oktyabr aylarında Antalyada təşkil edək”.

Əli Qalib qeyd edib ki, Türkiyə və Rusiyanın bir-birinə çox ehtiyacı var: “Çalışılmalıdır ki, bundan sonra iki ölkə arasında əməkdaşlıq əlaqələri daha inkişaf etsin və hər hansı problem yaşanmasın”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR