Ruhani: “Sərhədlərin dəyişdirilməsi qəbulolunmazdır”
Bizi izləyin

Dünya

Ruhani: “Sərhədlərin dəyişdirilməsi qəbulolunmazdır”

Həsən Ruhani: “Regionda coğrafi sərhədlərin dəyişdirilməsi qəbulolunmazdır”

İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani Tehranda görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər.

Publika.Az – ın İRNA xəbər agentliyinə istinadən verdiyi məlumatab görə, İran prezidenti Dağlıq Qarabağ münaqişəsi barəsində də fikirlərini bildirib.

Regionda coğrafi sərhədlərin dəyişdirilməsinin qəbulolunmaz olduğunu deyən H.Ruhani reginal problemlərin, o cümlədən Qarabağ münaqişəsinin beynəlxalq norma və hüquq prinsipləri çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu dilə gətirib.

İran prezidenti Azərbaycan prezidentinin İranın dinc nüvə proqramı sahəsindəki mövqeyini yüksək qiymətləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm