Obama Trampı FAŞİST və KOMMUNİST adlandırdı
Bizi izləyin

Dünya

Obama Trampı FAŞİST və KOMMUNİST adlandırdı

ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın ünvanına ağır ifadələr səsləndirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Obama ABŞ-ın potensial prezidentini faşistlər, kommunistlər və terrorçularla müqayisə edib.

“Bizim dəyərlərimizi hədələyən faşistlər, kommunistlər, cihadın tərəfdarları və ya yerli demaqoqlar sonda həmişə məğlub olurlar”, - Obama Filadelfiyada Demokratlar Partiyasının qurultayının nümayəndələri qarşısında çıxış edərkən deyib.

Obama 45 dəqiqəlik nitqində amerikalıları Hillari Klintona səs verməyə çağırıb. O, keçmiş dövlət katibini sərt və ağıllı lider, Ali Baş Komandan postuna layiqli namizəd adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm