• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qiyamçılar tələblərini AÇIQLADI: “Prezident istefa verənə qədər...”

  • Dünya
  • 28 İyul 2016 12:03
  • 833 Baxış
Qiyamçılar tələblərini AÇIQLADI: “Prezident istefa verənə qədər...”

Ermənistanda prezident Serj Sarkisyanın istefa verməsi ilə bağlı səslər artır.

Publika.az xəbər verir ki, dünən axşam etiraz aksiyası keçirən nümayişçilər bu gün daha mütəşəkkil formada mitinq edəcəklər.

Ermənistanda fəallardan biri “RİA Novosti”yə deyib ki, onlar Sarkisyanın istefasına qədər meydanlardan çəkilməyəcəklər.

“Hakimiyyət həbs etdiklərinin hamısını azad etməli və Serj Sarkisyan prezident postundan istefa verməlidir. O, istefa verənə qədər biz davam edəcəyik”, - deyə o bildirib.

Ermənistan polisi silahlı qrupun tutduğu post-patrul alayının binası ətrafında yük maşınlarından sərhəd yaradıb.

Məlumatlara görə, nümayişçilər bəzi ərazilərdə barrikadalar qurub. Müəyyən qruplar bu gün axşam nəzərdə tutulan aksiyaya qədər barrikadaları yaratmaqla məşğuldur.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>