Dünya
Medvedev baş gömrükçünü istefaya göndərdi
Rusiyanın baş naziri Dmitri Medvedev Federal Gömrük Xidmətinin başçısı Andrey Belyaninovun istefası haqqında sərəncam imzalayıb.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, sənəddə Belyaninovun öz xahişi ilə vəzifədən azad edildiyi deyilir.
Vladimir Bulavin Federal Gömrük Xidmətinin yeni rəhbəri təyin edilib. O, daha əvvəl şimal-qərb federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi idi.
Xatırladaq ki, iyunun 26-da Rusiya Federal Təhlükəsizlik
Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları
Federal Gömrük Xidmətinin mərkəzi aparatında axtarış keçirib.
İstintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri
Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə
ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində
aparılıb. Axtarışlar həmçinin Andrey Belyaninovun və onun müşaviri
Sergey Lobanovun evlərində aparılıb.
Axtarış qeyd olunan şəxslərin xidməti otaqlarında və evlərində
aparılıb. Mənbənin “Gazeta.ru”ya bildirdiyinə görə, istintaq bu
şəxslərin qaçaqmalçılıqla əlaqəli qanunsuz fəaliyyəti barədə
faktlara malikdir. Məlumata görə, Rusiya gömrük rəhbəri Andrey
Belyaninovun iş otağında barəsində cinayət işi başlanmış “Forum”
holdinqinin rəhbəri Dmitri Mixalçenkonun vizit kartları
aşkarlanıb.
Qeyd edək ki, axtarış zamanı Andrey Belyaninovun evində ayaqqabı qutularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 milyon rubl, 400 min dollar və 300 min avro aşkarlanıb. Bundan başqa, tədqiqatçılar onun Moskvadakı üç mənzilində axtarışlar aparıblar.
Hazırda qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır. Belyaninov müstəntiqlərə izah etdi ki, onun evində tapılmış pul “ailə yığımları”dır.
Dünən “Slon.ru” saytı Belyaninovun həbsini istisna etməyib.
Ömər Dağlı
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu