Çubarov: “Putin təmizləmələrə hazırlaşır”
Bizi izləyin

Dünya

Çubarov: “Putin təmizləmələrə hazırlaşır”

Krım Tatar Məclisinin lideri Refat Çubarov Rusiya prezidenti tərəfindən Krımın federal statusunun ləğv edilməsini şərh edib.

Publika.az xəbər verir ki, Refat Çubarovun “Facebook”dakı səhifəsində yazdığına görə, Rusiya yarımadada “rus dünyası” standartları üzrə təmizləmələrə hazırlaşır.

“Krım federal dairəsinin ləğv edilməsi və onun Cənub federal dairəsinin tərkibinə verilməsi göstərir ki, Rusiyanın ən yüksək siyasi rəhbərliyi işğal edilmiş Krım üçün başqaların taleyini hazırlayıb”, - Çubarov əlavə edib.

Onun sözlərinə görə, Krımdakı işğal hakimiyyəti Ukraynaya rəğbətini gizlətməyən Krım tatarlarına qarşı repressiyaları gücləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm