Dünya
Ukraynada 50 mindən çox Rusiya vətəndaşı vuruşub - FOTOSƏNƏD
“Ukrayna ərazisində Rusiya Federasiyasının 50 min vətəndaşı vuruşurdu”.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin məsləhətçisi, Ali Radanın üzvü Anton Qeraşenko bildirib.
Xalq deputatı uyğun olan sübutları “Facebook”dakı səhifəsində dərc edib.
“Bu güman və ya fərziyyələr deyil. Rusiya terrorçusu Mariya Kolyadının poçt qutusunda “Sülhməramlılar” layihəsinin könüllüləri tərəfindən tapılmış sənədli fakt var. O, “DXR” terror təşkilatının mətbuat xidmətinin rəhbəri funksiyasını yerinə yetirir”, – Qeraşenko bildirib.
Mariya Kolyadının poçt qutusunda “DXR-in sabiq baş naziri” Aleksandr Borodayın adından yazılan məktub aşkarlanıb.
“Bu məktubda açıq-aydın göstərilib ki, Ukraynaya qarşı döyüşlərdə Rusiyanın 50 mindən çox vətəndaşı iştirak edib. Düşünürəm ki, bu rəqəm reallığa yaxındır. Mən ondan öz işlərində tarixçilərə, hüquq müdafiəçilərinə və jurnalistlərə istifadə etməyi məsləhət görürəm”, – Qeraşenko vurğulayıb.
Ömər Dağlı
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var