• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Tanınmış mebel şirkətlərinin rəhbəri həbs olundu

  • Dünya
  • 29 İyul 2016 10:30
  • 1 723 Baxış
Tanınmış mebel şirkətlərinin rəhbəri həbs olundu

Türkiyənin nəhəng “Boydak Holding” şirkətlər qrupunun rəhbəri, tanınmış iş adamı hacı Mustafa Boydakın barəsində həbs qərarı çıxarılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Kayseri bölgəsinin ən zəngin iş adamı olan Mustafa Boydak “Fətullahçı” terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Mustafa Boydakın Türkiyənin 11-ci prezidenti Abdullah Güllə də məhəllə dostu olduğu deyilir.

Xatırladaq ki, 1957-ci ildə qurulan “Boydak Holding” şirkətlər qrupu mebel, enerji, telekommunikasiya, tekstil, kimya və maliyyə sahələrində fəaliyyət göstərən 42 tanınmış şirkəti özündə birləşdirir.

Azərbaycanda isə bu şirkət daha çox mebelləri ilə tanınır. Türkiyənin “İstikbal”, “Bellona” və “Mondi” kimi tanınmış mebel markaları məhz “Boydak Holding” şirkətlər qrupuna daxildir. “Boydak Holding” şirkətlər qrupunun illik gəliri 7 milyard dollar təşkil edir.

Onu da bildirək ki, Mustafa Boydak hələ 2011-ci ildə verdiyi müsahibəsində Fətullah Gülənlə yaxın əlaqələrinin olduğunu dilə gətirib: “Gülən hocaya böyük hörmətim var. Mən 3-4 ildən bir ABŞ-a gedib, onun əlini öpər, xeyr duasını alaram. Onunla qürur duyuruq. Türkiyə üçün çox gözəl xidmətləri var. İnşallah önümüzdəki illərdə məmləkətimizə dönməsini istəyirik”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>