Dünya
Klinton qalib gəldi: qadınların sevmədiyi Tramp - STATİSTİKA
ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Demokrat sabiq dövlət katibi Hillari Klinton və respublikaçı milyarder Donald Tramp Ağ Evin növbəti 4 il üçün sahibini müəyyən edəcəklər.
Namizədlərin uğur qazanması isə bir çox hallarda seçki kampaniyasında xərclənən pullardan asılı olur. Son nəticələrə inansaq, Hillari Klinton uğura daha yaxındır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Klinton donorlardan ümumilikdə 125,2 milyon dollar, Tramp isə 5,7 milyon dollar toplayıb.
Klintona investisiya fondları 41,4, təqaüdçülər 31,6, hüquqşünaslar, hüquq şirkətləri 23, televiziya və kino sənayesi 17,8, qeyri-kommersiya təşkilatları isə 11,3 milyon dollar ayırıb.
Trampa isə təqaüdçülər 3,8 milyon, daşınmaz əmlak şirkətləri 678 min, biznes nümayəndələri 415 min, maliyyəçilər 374,7 min, tibb işçiləri isə 365 min dollar maliyyə vəsaiti ayırıb.
“Opensecrets.org” saytı isə Tramp və Klintonun qadın donorları ilə bağlı maraqlı bir yazı verib.
Son məlumatlara görə, qadınlar Trampın donorlarının 27,2 faizini təşkil edir. Bu, keçmiş respublikaçı namizədlər Mitt Romni (2012-ci ildə 28,3 faiz) və Con Makkeyndən (2008-ci ildə 28 faiz) bir qədər aşağıdır. Tarixən respublikaçı namizədlərin donorları arasında kişilər üstünlük təşkil edib.
Kişilər Trampın seçki kampaniyası komitəsinə 8,4 milyon dollar veriblər. Ümumilikdə 16 min 576 kişinin hər biri Tramp üçün orta hesabla 507 dollar ianə verib. Qadınlar isə 3,1 milyon dollardan çox ianə ayırıb (7 min 171 qadının hər biri orta hesabla 439 dollar düşür).
Digər tərəfdən, Trampın rəqibi Klintonın qadın tərəfdarları çoxdur. O, hər halda Amerika tarixində prezidentliyə ilk qadın namizəddir. Klinton ABŞ tarixində ən yüksək qadın donorlarına sahibdir: 53,8 faiz və 199 min 502 donor.
Qadınlar Klintonun seçki kampaniyası komitəsinə 9,75 milyon dollar ayırıb. 119,662 qadın orta hesabla 815 dollar ödəmə edib. Eyni zamanda, 79 min 840 kişi Klintonun seçki kampaniyası orta 1047 dollar ayırıb. Bu, ümumilikdə 83,6 milyon dollar edir.
Ömər Dağlı
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var