“Lragir”: “Rusiya bunun üçün Ermənistandan istifadə edə bilər”
Bizi izləyin

Dünya

“Lragir”: “Rusiya bunun üçün Ermənistandan istifadə edə bilər”

“Lragir”: “Rusiya bunun üçün Ermənistandan istifadə edə bilər”

Xəbər verildiyi kimi, aprelin 8-də Bakı şəhərində MDB üzvü dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası Ermənistanın iştirakı olmadan keçirildi.

Erməni mətbuatı isə MDB-dəki “müttəfiqləri”ndən gileylənib.

Publika.Az – ın verdiyi xəbərə görə, erməni nəşri “Lragir” Bakıya toplanan MDB üzvlərinin əslində Ermənistanın müttəfiqi sayıldığını, amma əslində bu anlayışın simvolik xarakter daşıdığını bildirib.

Toplantı çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək istəyi ilə bağlı fikirlərini xatırladan “Lragir” sözügedən “müttəfiqlər”dən heç birinin Ermənistanın blokadasına son qoymasını Azərbaycandan tələb etmədiyini qeyd edib. “Onların heç biri MDB-nin iki üzvünün faktiki müharibə vəziyyətində olmasından narahat deyil”, - qəzet yazıb.

Erməni nəşri Rusiyanın Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandıracağını istisna etmir:

“Bundan başqa Rusiya indi Azərbaycana yaltaqlanacaq ki, Qərbə tərəf getməsin. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildirib ki, Azərbaycan Rusiyanın təzyiqləri qarşısında dayana bilərsə, Rusiyanın “Cənub axını” əvəzinə Avropa üçün prioritet Azərbaycandan çəkiləcək qaz kəməri layihəsi ola bilər.

Azərbaycan həqiqətən də güclü təzyiqə məruz qalır. Rusiya Azərbaycan qazının Avropaya axmasının qarşısını almağa çalışacaq. Bu baxımdan da Qarabağ münaqişəsinin yenidən alovlandırılması istisna edilmir. Qeyri-sabit vəziyyət Avropanın planlarına maneə ola bilər.

Rusiya bunun üçün də Ermənistandan istifadə edilə bilər. Ermənistandan istifadə olunması isə birinci dəfə olmayacaq. Necə ki, Qərblə qarşıdurmada Suriya ermənilərindən, Gürcüstanla qarşıdurmada bu ölkədəki ermənilərdən istifadə edir, onlara Rusiya pasportları paylayır, Krımın zəbt edilməsinə haqq qazandırmaq üçün isə Qarabağ ermənilərindən istifadə edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm