Tacikistan da Gülənə “HƏ” DEDİ
Bizi izləyin

Dünya

Tacikistan da Gülənə “HƏ” DEDİ

Qırğızıstandan sonra Tacikistan da Fətullah Gülənə bağlı məktəblərin bu ölkədə fəaliyyətlərini davam etdirəcəyini elan edib.

Publika.az “İRİB Tacik” radiosuna istindən xəbər verir ki, Tacikistanın ədliyyə naziri Rüstəm Şahmurad ölkəsində Fətullah Gülənə bağlı məktəblərin bağlanmayacağını bildirib.

Nazir deyib ki, Fətullah Gülənə bağlı olan məktəblər Tacikistanda qanunlara uyğun şəkildə fəaliyyət göstərir: “Bu məktəblərin fəaliyyətində hər hansı nöqsan görmürük. Ona görə də bu məktəblər əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcək. Ümumiyyətlə, bu məktəblərin bağlanılması barədə Türkiyə tərəfindən də bizə hər hansı müraciət olunmayıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm