Prezidentdən şeyx xahişi - FOTOLAR
Bizi izləyin

Dünya

Prezidentdən şeyx xahişi - FOTOLAR

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Nigeriyaya səfərə gedib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində iranlı nazir Nigeriya prezidenti Məhəmməd Buhari və xarici işlər naziri Ceffri Onyeama ilə görüşüb.

Görüş zamanı Məhəmməd Cavad Zərif prezidentdən Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzəkinin azadlığa buraxılmasını tələb edib.

İranlı nazir vurğulayıb ki, Şeyx Zəkzəkinin azad edilməsi Nigeriyadakı “Boko Haram” ekstremistləri ilə mübarizədə səmərəli təsir bağışlayacaq.

M.C.Zərif nigeriyalı dövlət rəsmilərinə Şeyx Zəkzəkinin müalicəsinə ehtiyac olduğunu da xatırladıb.

Qeyd edək ki, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzəki 2015-ci il dekabrın 13-də onun mənzilinə edilən hücum nəticəsində yaralanıb və Nigeriya ordusu tərəfindən həbs olunub.

Nigeriya ordusu isə bu hücumun səbəbini Şeyx Zəkzəki tərəfdarlarının Zarya məntəqəsində Nigeriya ordusunun Baş Qərargah rəisinə qarşı terror hücumu planlaşdırmaqda ittiham edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm