İngiltərənin Türkiyəyə müdaxilə PLANI: Təyyarə və helikopterlər hər an...
Bizi izləyin

Dünya

İngiltərənin Türkiyəyə müdaxilə PLANI: Təyyarə və helikopterlər hər an...

Böyük Britaniya ordusu Türkiyədə hərbi əməliyyat keçirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, İngiltərənin “Daily Ekspress” qəzeti hökumətin lazım olacağı təqdirdə Türkiyəyə istirahət üçün gələn 50 minə qədər vətəndaşını xilas etmək üçün hərbi əməliyyat planlaşdırdığını yazıb.

Qəzet əməliyyatı həyata keçirəcək əsgərlərin İngiltərənin Cənubi Kiprdəki hərbi bazasına göndərildiyini da qeyd edib.

“İngilis əsgərləri Kiprdəki bazaya göndərilib. Onlar yeni dövlət çevrilişi olacağı təqdirdə Türkiyədəki britaniyalı turistləri xilas etmək üçün əməliyyat keçirəcəklər. Xüsusi təyinatlı qüvvələrin rəhbərlik edəcəyi əməliyyatda əsgərlər təyyarə ilə Türkiyəyə uçaraq, oradakı britaniyalı turistləri təhlükəsiz şəraitdə İngiltərəyə gətirəcəklər. Bu əməliyyatda yüzlərlə döyüş təyyarəsi və helikopterlər iştirak edəcək. Əsgərlər əməliyyata mane olacaq yerli sakinlərə atəş açmaqda azaddırlar”, - deyə qəzet yazıb.

Adının açıqlanmasını istəməyən təhlükəsizlik xidmətinin əməkdaşı Türkiyənin uçurum kənarında olduğunu bildirib: “Əgər ikinci bir dövlət çevrilişi cəhdi olsa, bu daxili müharibəyə çevriləcək. Belə olan halda beynəlxalq böhran baş verə bilər. Vətəndaşları Türkiyədə yaşayan, yaxud tətil üçün ora gedən ölkələr onları qurtarmaq üçün hərəkətə keçəcəklər. Buna görə də biz qabağa düşmək istəyirik”.

“Daily Ekspress” qeyd edir ki, əməliyyat Kiprdəki hərbi bazadan idarə olunacaq: “Lakin Aralıq dənizindəki hərbi donanma da baş nazir Tereza Mayın əmri ilə hərəkətə keçə bilər. Əməliyyat zamanı ingilis əsgərlər Türkiyə daxilində “təhlükəsiz bölgələr” yaradacaqlar və hava limanlarını İngiltərə vətəndaşlarını çıxarmaq üçün istifadə edəcəklər. Əvvəlcə onları Livana aparacaq, daha sonra oradan təxliyə edəcəklər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm