İrəvanda mitinq zorakılıqla dağıdıldı: 30 yaralı, 50 məhbus (YENİLƏNİB)
Bizi izləyin

Dünya

İrəvanda mitinq zorakılıqla dağıdıldı: 30 yaralı, 50 məhbus (YENİLƏNİB)

İrəvanda müxalifətin nümayişinin dağıdılması zamanı, ilkin məlumatlara görə, 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan öz "Facebook" səhifəsində yazıb.

Nazirliyin məlumatına görə, "təcili yardım" xərəklərində "Surb Qriqor Lusavoriç" tibb mərkəzinə 20, "Qeratsi" xəstəxana kompleksinə 1, "Armeniya-1" tibb mərkəzinə 1, "Erebuni" tibb müəssisəsinə isə 7 yaralı gətirilib.

İyulun 29-da mitinqin dağıdılması zamanı polis əməkdaşları xüsusi vasitələr tətbiq ediblər. Jurnalistlər arasında da xəsarət alanlar var.

***

İrəvanda silahlı qrup tərəfindən ələ keçirilən polis binasında bir neçə partlayış səsi eşidilib. Bir polis əməkdaşı silahlı qrup tərəfindən açılan atəş nəticəsində güllə yaralanıb.

***

İrəvənda müxalifətin etiraz aksiyası zorakılıqla dağıdılıb. Aksiya iştirakçıları ilə polislər arasında baş verən toqquşmada 15 nəfər xəsarət alıb.

***

İrəvanda nümayişçilərlə polis arasında toqquşma baş verib, xəsarət alanlar var. Ərazidə yanğın başlayıb, nümayişçilər mütəşəkkil şəkildə geri çəkilməyə çalışırlar.

"Azadlıq" Radiosunun Ermənistan bürosunun məlumatına görə, ərazidə çəkiliş aparan əməkdaşları Karlen Aslanyan və Ovannes Movsisyan mülki geyimli şəxslər tərəfindən döyülüblər.

Həmçinin qarşıdurma zamanı Rusiyanın "Life" telekanalının operatoru yaralanıb.

***

İrəvanda polis post-patrul alayının binası yaxınlığında yığışan nümayişçiləri dağıdıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis etirazçıları ərazidən sıxışdıraraq çıxarıb.

Silahlı qrup tərəfindən zəbt edilən post-patrul alayının binası yaxınlığında jurnalistlər və bir neçə nümayişçi qalıb.

***

İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında baş verən atışma zamanı 3 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Post-patrul alayının ərazisində atışma baş verib. Cavab atəşi ilə polis silahlı qrupun 3 üzvünü yaralayıb. Onlar artıq xəstəxanaya çatdırılıb”, deyə A.Aqaronyan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm