Prezident Qvardiyasının 39 hərbçisi həbs olundu - ANKARADA
Bizi izləyin

Dünya

Prezident Qvardiyasının 39 hərbçisi həbs olundu - ANKARADA

FETÖ-ya (Fəthullahçı Terror Təşkilatı) qarşı əməliyyat çərçivəsində Ankarada Prezident Qvardiyasının 39 hərbi qulluqçusu saxlanılıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar hərbi çevrilişə cəhddə şübhəli bilinir.

Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə qrupları tərəfindən saxlanıldıqdan sonra ifadəsi alınan hərbçilər Ankara 12-ci Sülh Hüquq Məhkəməsinə göndərilib. Məhkəmə hərbçilərin həbs olunmasına qərar verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm