İrəvanda 165 nəfər tutuldu - VİDEO
Bizi izləyin

Dünya

İrəvanda 165 nəfər tutuldu - VİDEO

İrəvanda polis alayını tutan silahlılara dəstək olaraq keçirilin mitinqin dağıdılması nəticəsində 165 nəfər saxlanılıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.

Saxlanılanlar arasında “İrs” müxalifət partiyasının sədr müavini Armen Martirosyan da var.

Qeyd edək ki, ötən gecə İrəvanda polis post-patrul alayının binası yaxınlığında keçirilən mitinq təhlükəsizlik gücləri tərəfindən zorakılıqla dağıdılıb. Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytayan polislə toqquşma zamanı yaralanan etirazçıların sayının 60-a çatdığını bildirib.

Məlumata görə, “Azadlıq” radiostansiyasının erməni xidmətinin jurnalistləri də döyülüb. Radiostansiyadan bildirilib ki, onları mülki geyimdə olan insanlar döyüblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm