Türk futbolunda FETÖ əməliyyatı: Fateh Terimin...
Bizi izləyin

Dünya

Türk futbolunda FETÖ əməliyyatı: Fateh Terimin...

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra “Fəthullahçı Terror Təşkilatı”na (FETÖ) qarşı başlanan əməliyyatlar Türkiyə Futbol Federasiyasına (TFF) da keçib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, TFF-nin idarəçiləri başda olmaqla, futbol üzrə milli komandanın baş məşqçisi Fateh Terimin qrupu və Hakimlər Komitəsinin əməkdaşlarının araşdırılmasına başlanılıb.

“Hazırda bütün dövlət təşkilatları FETÖ-ya yaxın şəxslərdən təmizlənir. İndi hakimlər də araşdırılır. Hazırda 7-8 şübhəlinin olduğu deyilir”, - Hakimlər Komitəsindəki mənbə deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm