Peyğəmbərdən sonra 14 alim, Gülən isə... - ŞOK İFADƏ
Bizi izləyin

Dünya

Peyğəmbərdən sonra 14 alim, Gülən isə... - ŞOK İFADƏ

Hərbi çevriliş cəhdindən sonra Respublika Baş prokurorluğuna müraciət edən ehtiyatda olan zabit S. A. bütün bildiklərini danışıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, zabitin sözlərinə görə, ona Məhəmməd peyğəmbərdən sonra 14 alimin gəldiyini, son alimin isə Fəthulah Gülən olduğunu söyləyiblər.

“Bizə “Bülent abi” olaraq tanıdılan biri Məhəmməd peyğəmbərin ölümündən sonra dünyaya hər əsrdə böyük bir din aliminin gəldiyini, ümumilikdə 14 alimin gələcəyini, Bədiüzzaman Səid Nursinin 13-cü alim olduğunu, 14-cü alimin isə Fətullah Gülən olduğunu söylədi. O, Gülənin hər gecə yuxusunda peyğəmbərimizlə görüşdüyünü və islam dünyasının problemləri ilə bağlı müzakirələr apardığını bildirib”, - zabit deyib.

Elazığda oxuduğu liseydə FETÖ ilə tanış olduğunu deyən S.A. təşkilat üzvlərinin davamlı olaraq kod adlardan istifadə etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm