Paslı gəmi necə parka çevrildi? - FOTOLAR
Bizi izləyin

Dünya

Paslı gəmi necə parka çevrildi? - FOTOLAR

Cənubi Koreyanın paytaxtı Seulda Beynəlxalq Müasir Sənət Muzeyinin həyətində tərsinə çevrilmiş paslı gəmi gövdəsi var.

Publika.az-ın Nolm.us saytına istinadən verdiyi xəbərə görə, Şinlab Memarlıq şirkəti tərəfindən muzeyin həyətinə yerləşdirilən bu paslı gəmi parçasının içərisi təmizlənib və ağardılıb.

Bu paslanmış gəmi parçası içərisinə yerləşdirilən oturacaqlar və ağaclarla birlikdə muzey ziyarətçiləri üçün əlverişli istirahət məkanına çevrilib. O paslansa da, öz gözəlliyini qoruyan nümunələr arasında 2016-cı ildə keçirilən müsabiqədə birinci olub.

Bu gəmi parçası təkcə gözəlliyi ilə diqqət çəkmir, həm də təkrar istifadəyə ən yaxşı nümunə hesab edilə bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm