"İncirlik" hərbi bazasında xüsusi əməliyyat - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

"İncirlik" hərbi bazasında xüsusi əməliyyat - FOTOLAR/VİDEO

Türkiyənin Adana vilayətindəki "İncirlik" hərbi bazası ətrafında xüsusi əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, vilayətin bütün polis heyəti yarım saat ərzində hazırlıq vəziyyətinə gətirilib.

Məlumata görə, bölgəyə gətirilən 7000 yaxın polis tərəfindən hərbi bazanın giriş-çıxışını bağlanıb. Habelə digər ərazilərə nəzarəti gücləndirib.

Türkiyənin digər mətbu orqanları bunun ölkədə ikinci dəfə dövlət çevrilişinə cəhdlə bağlı ola biləcəyi ehtimalını irəli sürüb.

Lakin Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik bütün bunları təkzib edib. Nazirin sözlərinə görə, hərbi baza ətrafında baş verənlər "təhlükəsizliyinin standart yoxlanılması"ndan başqa bir şey deyil. "Hər şey qaydasındadır", - deyə Çelik hərbi bazanın girişi və çıxışının bağlanmasını şərh edərkən deyib.

Türkiyə mətbuatı Adanada polisin keçirdiyi əməliyyatın 2 saat yarım davam etdiyini vurğulayıb.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm