Bina uçdu: 5 ölü, 30-a yaxın insan dağıntılar altında qaldı
Bizi izləyin

Dünya

Bina uçdu: 5 ölü, 30-a yaxın insan dağıntılar altında qaldı

Bu gün Hindistanın Maharaştra ştatında üçmərtəbəli binanın uçması nəticəsində ən azı 5 nəfər ölüb, onlarla insanın dağıntılar altında qalma ehtimalı var.

Publika.az "Report" istinadən xəbər verir ki, insident bu gün səhər, Mumbayın 20 km. şimal-şərqində yerləşən Bxivandi şəhərində baş verib.

Yerli mətbuatın məlumatına görə, binada 8 ailə yaşayıb, ən azı 30 nəfərin dağıntılar altında qalma ehtimalı var. Hazırda xilasetmə işləri aparılır.

Binanın qəzalı vəziyyətdə olduğu, yerli hakimiyyət orqanlarının onu yaşayış üçün təhlükəli hesab etdikləri qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm