Polis binasına basqın: 5 ölü
Bizi izləyin

Dünya

Polis binasına basqın: 5 ölü

Somalinin paytaxtı Moqadişoda cinayət axtarış idarəsinə hücum nəticəsində ən azı 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə bazar günü "Associated Press" məlumat yayıb.

Hücuma görə məsuliyyəti "Əş-Şabab" qruplaşmasının silahlıları öz üzərinə götürüb. Polisin məlumatına görə, 4 terrorçu zərərsizləşdirilib.

Məlumata görə, idarə binasının qarşısında iki minalanmış avtomobil partlayıb, ardınca silahlı şəxslər binaya daxil olaraq atəş açmağa başlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm