TFF-də FETÖ əməliyyatı: Futbol Federasiyasının bütün qurumları istefa verdi
Bizi izləyin

Dünya

TFF-də FETÖ əməliyyatı: Futbol Federasiyasının bütün qurumları istefa verdi

Türkiyə Futbol Federsiyası (TFF) şok bir qərar qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin TFF-nin bütün qurumları istefa qərarı alıb.

Federasiyanın açıqlamasında istefaların Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruculuğu (FETÖ/PDY) ilə əlaqəli olduğu qeyd edilir. Bildirlir ki, güvənlik baxımından belə bir qərar alınıb.

Qeyd edək ki, Federasiyaya daxil olan bütün qurumların (Mülki Heyət, PFDK, UÇMAQ, Etika, Klub Lisenziya, MHK, Nümayəndələr Kabineti, Səhiyyə Assambleyası, Dopinqlə Mübarizə Kabineti, Əlillərin Koordinasiya Şurası və Xarici Əlaqələr İcra Qurulu) sədr və üzvləri istefalarını təqdim ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm