İsti 5 can aldı, 430 nəfər xəstəxanalıq oldu
Bizi izləyin

Dünya

İsti 5 can aldı, 430 nəfər xəstəxanalıq oldu

Bu gün Yaponiyada günvurmadan 5 nəfər ölüb, 430-dan çox insan xəstəxanalara yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, istidən ölənlər Akita və Fukuoka perfekturalarında işləyən fermerlər olublar.

Ardarda iki gündür ki, ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 35 dərəcədən yuxarını göstərir.

Ötən il Yaponiyada istidən 100-dən çox insan həyatını itirib, daha 53 min nəfər isə xəstəxanalara yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm