Qazaxıstandan Türkiyəni qəzəbləndirəcək ADDIM
Bizi izləyin

Dünya

Qazaxıstandan Türkiyəni qəzəbləndirəcək ADDIM

Qırğızıstan və Tacikistandan sonra, Qazaxıstan hökuməti də Fətullah Gülənə bağlı məktəblərin bu ölkədə fəaliyyətlərini davam etdirəcəyini elan edib.

Publika.az İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Təhsil Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Fətullah Gülənə bağlı təhsil və digər qurumlar keçmişdə olduğu kimi fəaliyyətlərini davam etdirəcək: “Qazaxıstan hökuməti bu qurumların fəaliyyətində hər hansı nöqsan və ya təhlükə görmür”.

Xatırladaq ki, Qazaxıstanın müstəqilliyini qazanandan sonra 1993-cü ildə Fətullah Gülənə bağlı olan təşkilatlar bu ölkədə də yerləşməyə başlayıb. 1997-ci ildə isə bu təşkilatlar Qazax-Türk Təhsil Vəqfi (KATEV) adı il bir arada toplanıb.

Hazırda bu təşkilatlar Qazaxıstanın Karaganda, Cezkazgan, Şımkent, Kızılorda, Taldıkorgan, Taraz, Astana, Almatı, Atırau, Aktau, Ust-Komenogorsk şəhərləri də daxil olmaqla, Qərbi Qazaxıstan və Karaganda əyalətindəki 29 lisey, Süleyman Dəmirəl Universiteti, 1 kollec və digər qurumlar KATEV-in tərkibində fəaliyyətlərini davam etdirir.

Bundan əlavə, Qazaxıstan-Türkiyə İş adamları Dərnəyi, “stephaber.kz”, “kazakistan.kz” internet portalları və “Cihan” xəbər agentliyinin Qazaxıstan nümayəndəliyinin də Fətullah Gülənə bağlı olduğu deyilir.

Onu da bildirək ki, Türkiyədə baş verən 15 iyul hadisələrindən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Fətullah Gülənə bağlı təşkilatların bağlanılması ilə bağlı Qazaxıstan hökumətinə çağırış edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm