Dünya
Gülənin Mossadla 50 illik GİZLİ ƏLAQƏSİ ORTAYA ÇIXDI: sirli ölümlər
Fətullah Gülənin İsrail xüsusi xidmət orqanı olan Mossadla gizli əlaqələri ortaya çıxıb.
Publika.az xəbər verir ki, türkiyəli yazar Ömer Lekesiz “Yeni Şafak” qəzetində yayımlan məqaləsində Gülən-Mossad əlaqələrinin təxminən 50 il tarixinin olduğunu yazıb.
“Bu gizli ittifaqın ilk qurbanı Yaşar Kutluay oldu. Kutluay 1965-ci ildə İslam və yəhudilik məzhəblərinin qarşılaşdırılması ilə bağlı araşdırma apardı. 1967-ci ildə isə sionizm və İsrailin yaradılması üzərində tədqiqat apardı. Bundan narahat olan İsrail kəşfiyyatı onu qaçırdı. Kutluay 1969-cu il 12 dekabr tarixində Silifkə çıxdığı balıq ovundan geri qayıtmadı”, - deyə türkiyəli yazar bildirib.
Onun fikrincə, Kutluay sionizmlə yanaşı, Sid Nursi haqda da araşdırmalar aparırdı: “Onun bu araşdırmalardan sonra yoxa çıxması Fətullah Gülənin İsrail gizli xidmət orqanları ilə əlaqəsinin tarixinin 50-60 il olduğunu deməyə əsas verir. Kutluaydan öncə də Səid Nursi və nurçuluq haqda yazanlar olmuşdu. Lakin Kutluayın yazdıqları ilk akademik araşdırma idi və bu, camaatın fəaliyyətinin gün işığına çıxmasına səbəb oldu”.
Y.Kutluayın Gülən və Mossad tərəfindən öldürüldüyünü qeyd edən yazar üstü bağlanmış cinayət işinin yenidən qaldırılması təklifini irəli sürüb.
Asif
-
Region07:47
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi