Dünya
Qiyamçıların toplum məzarlığı tapıldı – FOTOLAR
Yunanıstanın Piraeus limanı ilə Afina arasında yerləşən Falyron Delta bölgəsində Stavros Niarchos Vəqfi tərəfindən həyata keçirilən milli opera və kitabxana binalarının inşası zamanı antik məzarlıq aşkar edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, məzarlıqda qollarına zəncirli qandallar bağlanmış 80 insan cəsədi tapılıb.
Arxeoloqlar sözügedən cəsədlərin eramızdan əvvəl 632-ci ildə Yunanıstanda qiyama cəhd etmiş və uğursuz olmuş Cylon (Saylon) adlı bir kəndçinin başçılıq etdiyi dəstəyə aid olduğunu ehtimal edir.
Arxeoloqların ilkin rəyinə görə, sözügedən məzarlıqda tapılan 80 insan cəsədi edam edilmiş insanların skeletlərinə çox bənzəyir. Araşdırma zamanı cəsədlərin bir çoxunun sağlam insana aid olduğu ortaya çıxıb. Bu baxımdan da ehtimal edilir ki, sözügedən cəsədlər eramızdan əvvəl 632-ci ildə Afinadan doğulmuş, olimpiya çempionu olmuş və dövlət çevrilişinə cəhd etmiş Cylon adlı şəxsə və onun qiyamçı tərəfdarlarına aiddir.
Vasif Həsənli
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı