• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

“Onların başında Hakan Şükür dayanırdı” - FETÖ İŞİ

  • Dünya
  • 3 Avqust 2016 15:08
  • 995 Baxış
“Onların başında Hakan Şükür dayanırdı” - FETÖ İŞİ

Türkiyənin “Galatasaray” klubunun keçmiş futbolçusu Mustafa Kocabey Fətullah Gülənin bu klubdakı əlaqələri barədə sensasion açıqlamalar verib.

Publika.az xarici mediaya istindən xəbər verir ki, Mustafa Kocabey “Galatasaray” klubunda onlarla futbolçunun Fətullah Gülən tərəfdarı olduğunu söyləyib: “Mən “Galatasaray”da çıxış edən zaman bu klubda FETÖ təşkilatının təsirləri güclü idi. Bu sistemin başında isə keçmiş futbolçu Hakan Şükür dayanırdı. Mən bu barədə çoxdan məlumatlı idim və dəfələrlə ictimaiyyəti xəbərdar etmişəm. Mən “Galatasaray”da 1992-1994-cü illərdə peşəkar futbol oynayırdım. Ancaq qəflətən mənim uğurlarımın qarşısı alındı. Mən çalışırdım ki, Fətullah Gülənin təsiri altına düşməyim. Buna görə də məni 20 yaşımda, karyeramın ən yaxşı dövründə klubdan kənarlaşdırdılar. Mən 29 dekabr 2015-ci ildə “Sabah” qəzetinə müsahibəmdə bildirmişdim ki, Hakan Şükürə haqqımı halal etmərəm”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>