Məsud Bərzani “kürd dövləti”ndən danışıb
Bizi izləyin

Dünya

Məsud Bərzani “kürd dövləti”ndən danışıb

Məsud Bərzani “kürd dövləti”ndən danışıb

Şimali İraq regional rəhbərliyin başçısı Məsud Bərzani Ərbil-Bağdad münasibətlərini “Sky News” telekanalının ərəb xidmətinə dəyərləndirib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bərzani “Müstəqil kürd dövləti yoldadır” söyləyib.

Qeyd edək ki, kürd muxtariyyəti ilə mərkəzi Bağdad rəhbərliyi arasındakı neft anlaşılmazlığından ortaya çıxan böhran davam edir. İki paytaxt arasındakı problemlər liderlərin bəyanatlarında da əks olunur.

Ərbil ilə Bağdad hökuməti arasında yaşanan büdcə böhranı və neftin daşınmasından qaynaqlanan problemlərdən danışan M.Bərzani kürd bölgəsi ilə İraq arasındakı əlaqələrin konfederalizmə doğru getdiyini deyib. Bərzani konfederalizmdən sonrakı addımın da müstəqil kürd dövləti olacağını vurğulayıb.

Siya müşahidəçilər hesab edir ki, M.Bərzaninin “Sky News” xəbər kanalına verdiyi müsahibə Ərbil və Bağdad arasındakı problemlərin dərinləşdiyini göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm