Məşhur Hollivud aktyoru döyüşmək üçün İŞİD “paytaxt”ında – FOTOLAR
Bizi izləyin

Dünya

Məşhur Hollivud aktyoru döyüşmək üçün İŞİD “paytaxt”ında – FOTOLAR

Ötən il “Hollywood”da aktyorluq karyerasına fasilə verən “Karib dənizinin quldurları” filminin populyar aktyoru Michael Enright İŞİD terror təşkilatının “alınmaz qalası” adlandırılan Rakka şəhərinin azad olunması üçün döyüşməyə gedib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aktyor Rakkada PKK-nın Suriya qanadı hesab olunan “PYD” tərəfində İŞİD terror təşkilatına qarşı vuruşacağını bəyan edib.

Aktyor İngiltərənin “Channel 4 News” televiziya kanalına telefonla müsahibəsində deyib ki, bu, onun Suriyada ikinci döyüşü olacaq.

Michael Enright bundan öncə də Suriyada İŞİD-ə qarşı döyüşdüyünü söyləyib: “Artıq Rakka yaxınlığındayam. Burada “PYD” döyüşçüləri ilə çox yaxşı anlaşırıq. Burada döyüşməkdə qərarlıyam. Tanrının köməyi ilə İŞİD tamamilə yer üzündən siləcəyik və Rakkanı terrorçulardan azad edəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm