Ərdoğanla Putinin görüş proqramı açıqlandı – Qarabağ da müzakirə olunacaq
Bizi izləyin

Dünya

Ərdoğanla Putinin görüş proqramı açıqlandı – Qarabağ da müzakirə olunacaq

Avqustun 9-da Sankt-Peterburqda keçiriləcək Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşün proqramı açıqlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Türkiyə və Rusiya prezidentlərinin görüşündə iki ölkə arasındakı münasibətlərin bərpası istiqamətində ciddi müzakirələr aparılacaq:

“Bundan başqa, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq. Görüş zamanı liderlər həm də Suriya da daxil olmaqla bölgədəki problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar”.

Türkiyə mediası isə yazıb ki, Ərdoğanla Putin arasında keçiriləcək görüşdə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

Xatırladaq ki, 2015-ci ilin sonlarında rəsmi Moskva ilə Ankara arasında yaranmış təyyarə böhranından sonra ilk dəfədir ki, Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm