Ərəfatı öldürən fələstinlinin Ərdoğana sui-qəsd PLANI
Bizi izləyin

Dünya

Ərəfatı öldürən fələstinlinin Ərdoğana sui-qəsd PLANI

Fələstin lideri Yasir Ərəfata qarşı sui-qəsdin təşkilatçısı olduğu deyilən Muhammed Dahlan Türkiyədə 15 iyul dövlət çevrilişi planını maliyyələşdirən şəxslərdən biri olub.

Publika.az xəbər verir ki, “The Guardian” nəşrinin keçmiş redaktoru David Hearst FETÖ-nün Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə əməkdaşlıq etdiyini və çevriliş cəhdində M. Dahlanın rol oynadığını bildirib.

“Gerçək Həyat” jurnalı isə təxminən 7 ay öncə M. Dahlanın BƏƏ ilə birgə Ərdoğana qarşı qiyam hazırladıqlarını yazmışdı. “Ərdoğana qarşı qlobal çevriliş planı” başlıqlı məqalədə planın detalları açıqlanmışdı.

Məlumata görə, M. Dahla 14 dekabrda Əbu-Dabi şəhərindəki ofisində 15 nəfərlə gizli bir toplantı keçirib.

Toplantıda Ərdoğan əleyhinə kampaniyanın təşkili məsələsi müzakirə olunub.

1. Ərəb və müxalif türk mediası tərəfindən Ərdoğanla bağlı mənfi rəy yaradacaq məlumatların yayılması.
2. Türkiyəyə AKP-yə qarşı olanlara dəstək vermək, maliyyə yardımı etmək.
3. Türkiyədə xaosun yaradılması, stabilliyin pozulması və PKK-ya dəstək vermək.
4. Ordu içində Ərdoğan və AKP-yə müxalif hərbiçilərə dəstək vermək.

M. Dahlanın Misirdə dövlət çevrilişində də əli olduğu deyilir.

Maraqlıdır ki, F. Gülənin “Qərb Türkiyəyə müdaxilə etməli, AKP-ni devirməlidir” dediyi müsahibənin yayımlandığı Misirin “Al Ğhad” telekanalı M. Dahlanındır. Telekanal bu ilin mart ayında fəaliyyətə başlayıb.

Qeyd edək ki, M. Dahlan Fələstin əsilli siyasətçidir. Hakim FƏTH partiyasının üzvüdür. Fələstin-İsrail müharibəsində iştirak edib. Yaxın Şərqin ən gizli adamlarından biri hesab olunur. Onun Mossad və CİA ilə məxfi əlaqələrə malik olduğu deyilir. İsraillə hökuməti ilə də sıx münasibətləri var. İddialara görə, ABŞ onun Fələstinin lideri olmasını istəyir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm