Amerikalı məhbus cani Türkiyəyə necə və kimləri öldürmək üçün gəlib? - ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Amerikalı məhbus cani Türkiyəyə necə və kimləri öldürmək üçün gəlib? - ŞOK FAKTLAR

Türkiyədə 15 iyul dövlət çevrilişi planını həyata keçirmək üçün İstanbula gələn və “Büyükada Splendid Palace” otelində məxfi toplantı keçirən amerikalı casusların arasında ABŞ-ın ən dəhşətli cinayətkarı hesab olunan Skot Li Peterson da olub.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.

İddiaya görə, 44 yaşında olan Peterson 13 iyulda Türkiyəyə gəlib və məxfi toplantıda iştirak edib.

S.Peterson 2002-ci ildə hamilə olan həyat yoldaşını öldürdüyü üçün həbs olunub. Ömürlük həbs cəzasına məhkum edilib və hazırda onun Kaliforniyadakı “San Quentin” həbsxanasında “ölüm kamerasında” olduğu deyilir.

“Akşam” qəzeti yazır ki, S.Petersonun rəsmi şəkildə məhkum olduğu deyilsə də, o, qeyri-rəsmi şəkildə azadlıqdadır və dövlət çevrilişinə cəhddən iki gün öncə Türkiyəyə gəlib. Ən maraqlısı isə “Büyükada Splendid Palace” otelində məxfi toplantı keçirənlərin 15 iyuldan sonra müxtəlif vaxtlarda ölkəni tərk etməsinə baxmayaraq, Petersonun hələ də Türkiyəyə olmasıdır.

“Məhkum olaraq göstərilən Petersonun hansı məqsədlə və necə Türkiyəyə gətirilməsi suallar yaradır”, - deyə qəzet qeyd edib.

Ehtimallara görə, S. Peterson dövlət çevrilişi baş tutmayandan sonra Türkiyədə həyata keçiriləcəyi gözlənilən sui-qəsdlərdə iştirak edəcək. Bu sui-qəsdlərin tanınmış siyasətçilərə, ictimai xadimlərə, etnik və dini liderlərə qarşı olacağı iddia olunur.

Qeyd edək ki, iyulun 15-də İstanbul “Büyükada Splendid Palace” otelində məxfi toplantı keçirilib. 6 türk, 10 əcnəbinin iştirak etdiyi toplantıda dövlət çevrilişi planı idarə olunub. Lakin çevriliş cəhdi baş tutmayandan sonra gələnlər müxtəlif vaxtlarda ölkəni tərk ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm