Sergey Şoyqu özü ilə Qazaxıstana 5 ədəd “S-300” apardı – FOTOLAR
Bizi izləyin

Dünya

Sergey Şoyqu özü ilə Qazaxıstana 5 ədəd “S-300” apardı – FOTOLAR

Rusiya dövləti Qazaxıstana 5 ədəd “S-300” zenit raket kompleksi verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya bu addımı Qazaxıstanla imzalanan hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirib. Artıq Qazaxıstan hökuməti göndərilən “S-300” zenit raket komplekslərini təslim alıb.

Qazaxıstan mediası yazır ki, bu münasibətlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Astanaya səfər edib. Astanada Sergey Şoyqu ilə Qazaxıstanın müdafiə naziri İmangali Tasmagambetov arasında görüş keçirilib.

Görüş zamanı hərbi və müdafiə sahəsində əməkdaşlıq, regional beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılıb. Sergey Şoyqu bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, 5 ədəd “S-300” zenit raket kompleksi və ona aid olan 170 müdafiə raketi Qazaxıstan tərəfindən təhvil verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm