Dünya
Dünyanı lərzəyə gətirən ÖLÜM QRUPU haqqında QANDONDURAN GİZLİNLƏR - FOTO
İŞİD-in bütün dünyada terror aktlarını törədən, həmçinin, döyüşçülər toplayan “Emni” qrupu təşkilatın polis və kəşfiyyat funksiyasını da yerinə yetirir. “Xüsusi təyinatlıların” olduğu bu qrupun fəaliyyəti sözün əsil mənasında qandondurandır.
Publika.az “The New York Times”-a müsahibə verən “Emni” qrupunun döyüşçüsü olmuş, hazırda həbsdə olan Harri Sarfonun fikirləri əsasında qrupun fəaliyyətini işıq salır.
İŞİD-in Avropanı lərzəyə gətirən
kəşfiyyatçıları
“Emni” qrupuna Əbu Məhəmməd əl-Adnani başçılıq edir. Qrupun əsas
işi İŞİD-in təbliğatını aparmaq, dünyanın müxtəlif yerlərində
terror aktları törətməkdir. Qrup həmçinin terrorun əsas mexanizmini
həyata keçirir. Onun əməkdaşları Parisdəki hücuma, Brüsseldə hava
limanı və metronun partladılması kimi səs-küylü terror aktlarını
reallaşdırır.
Bu gün “Emni” üzvləri dünyanın bütün yerlərində - Avstriya,
Almaniya, İspaniya, Liviya, Tunis, Banqladeş, İndoneziya, Malayziya
kimi ölkələrdə təşkilatlanıb.
İŞİD kəşfiyyatçıları dünyanın müxtəlif yerlərindən “Emni” qrupu
üçün əsgər toplayır və Türkiyə-Suriya sərhədinə gətirirlər. Orada
yeni əsgərləri dindirir və siyahıya alırlar.
H.Sarfo deyir ki, onu qarşılayanda ilk növbədə barmaqlarının
izlərini və qan analizini götürüblər, həmçinin, fiziki müayinədən
keçiriblər.
“Sonra mənimlə noutbuk üzərindən bir şəxs danışdı. O mənə
müxtəlif suallar verirdi. Adımı, haradan olduğumu, atamın, anamın
adını, təhsilimi soruşur, şəxsi eqolarımı, maraqlarımı araşdırırdı.
Onları mənim keçmişim maraqlandırırdı”, - deyə Sarfo
bildirib.
“Mafi muşkilya” və Paris partladı
Sarfo Bremendə məscidə daim baş çəkirdi. Daha sonra o, dörd nəfərlə
döyüşməyə yola düşür. O, vaxtilə oğurluq üzrə pis şöhrət
qazanmışdı. İŞİD oğurluğa görə insanın əlini kəsir, lakin onlar
yeni döyüşçünün kriminal keçmişinə üstünlük verirlər. İŞİD-ə təşkil
olunmuş cinayəti həyata keçirməyi, saxla pasport düzəltməyi
bacaran, yaxud ekstremistləri Avropa Birliyinə göndərmək üçün qaçaq
marşrutları tanıyan insanlar lazımlıdır.
“Onlar mənə bildirdilər ki, Almaniyadakı işləri həyata
keçirmək, terror aktları törətmək üçün adamları çatmır. Əvvəl hər
şey normal idi, lakin sonradan bir agentə görə onlar əməkdaşlıqdan
imtina etdilər. Onlar İngiltərədə olmuş hadisədən sonra qorxdular.
Amma Fransada könüllülərlə bağlı problem yox idi. Mənim yoldaşım
Fransa haqda soruşanda onlar güldülər. “Fransa ilə bağlı narahat
olma. “Mafi muşkilya” (ərəbcə “problem yoxdur” deməkdir)” – deyə
bildirdilər. Bu söhbət 2015-ci ildə oldu və yeddi ay sonra Parisdə
terror aktları silsiləsi baş verdi”, - Sarfo danışır.
İŞİD yaranandan sonra Qərb xüsusi xidmət orqanları “Emni” qrupu
haqda informasiya toplamağa başladı. Əvvəlcə bu qrup əsasən daxili
təhlükəsizlik məsələləri ilə məşğul olur, casuslarla mübarizə
aparırdı, lakin sonradan xaricdə terror hücumlarının təşkilatı
işini həyata keçirməyə başladı.
İŞİD-in tərkibində döyüşərək qayıtdıqdan sonra ötən il Fransa
kəşfiyyatının həbs etdiyi Nikolya Moro deyir ki, “Emni” 2015-ci
ildən etibarən üzvlərini xaricdə hücumlar təşkil etmək üçün
göndərməyə başlayıb: “Mən Rakkada restoranda işləyirdim.
“Emni”nin əsas rəhbərləri nahar etməyə ora gəlirdi. Parisdəki
hücumu təşkil edən Əbdülhəmid Abaud da tez-tez ora
gələrdi”.
H. Sarfo deyir ki, “Emni” qrupuna vaxtilə “Əl-Qaidə”də döyüşmüş
şəxslər daha tez qəbul edilirdi: “İlk növbədə Banqladeşdən,
Malayziyadan, İndoneziyadan gələnlərin “Əl-Qaidə”də
döyüşüb-döyüşmədikləri ilə maraqlanırdılar. Çünki belələrinin
təcrübəsi çox olurdu”.
Onun sözlərinə görə, “Emni” Avropada çoxsaylı “yatan hücrələr”
yaradırdılar: “Bu hücrələr koordinator kimi istifadə olunur,
göndərilən əmirlər onlar tərəfindən digərlərinə verilirdi. Lakin
“Emni”nin Amerikaya döyüşçü göndərməsi mümkün olmurdu. Əvəzində
sosial şəbəkələr vasitəsilə ABŞ və Kanadada lazımi insanları cəlb
etmək işi aparılırdı”.
İŞİD-ə qatılmaq üçün Türkiyəyə gələnlərin üsulu da diqqət çəkir.
Belə ki, yeni döyüşçülər təlimata əsasən Türkiyənin cənub
ərazilərinə gəlir və mehmanxanada otaq tutur. Mehmanxananı pulunu
da ödəyir. Bundan sonra qaçaq yolu ilə Suriyaya üz tutur.
Çimmək və yemək qadağandır, gündə iki stəkan su və
dəhşətli məşqlər
185,5 santimetr boya, 129 kiloqram çəkiyə malik olan Sarfonu
xüsusi təyinatlı dəstəyə köçürdülər. “Emni” qrupunun üzvləri bir
qayda olaraq subay olur. Hətta nişanlanmış, yaxud evlənməyə
hazırlaşanları ora qəbul etmirlər. Qrupun tərkibində hücum edən
dəstə “Kuvat kxas” adlanır. Onlar şəhərlərdə güclü hücumlar təşkil
edirlər. Qrup tərkibində digər dəstələr də var və hər bir dəstə
ayır-ayrı fəaliyyət həyata keçirir.
“Almaniyadan başqa bir döyüşçü ilə Rakkanın yaxınlığındakı səhraya
gəldik. Onlar bizi maşından düşürdülər. Biz səhranın ortasında nə
baş verdiyini anlaya bilmirdik. Sonra gördük ki, səhrada bir çox
maskalanmış mağaralar qazılıb. Bura məşq düşərgəsi idi. Orada
yuyunmaq, yemək qadağan idi. Bir mağarada altı insan yaşayırdı,
gündə iki stəkan su verilirdi. Suyu gətirib mağaranın kandarına
qoyurdular. Onlar yoxlamaq istəyirdi ki, kim daha çox dözəcək. Yeni
əsgərlər saatlarla qaçır, tullanır, sürünürdülər. Bəziləri huşunu
itirirdi. Kim dözmürdüsə onun nazı ilə oynamırdılar. Yorğunluqdan
ayaq üstə dayana bilməyən əsgərlərin düz dayanması üçün əl-ayağını
sütuna bağlayırdılar. Bir həftə belə davam edirdi. İkinci həftə isə
“Kalaşnikov” avtomatı verirdilər və hətta gecə də avtomatdan
ayrılmamağı əmr edirdilər. Silahlı üçüncü əl kimi qəbul etmək
lazımdır”, - deyə o qeyd edir.
Gözləri bağlı şəkildə rəhbərlə görüş
Xüsusi təyinatlı dəstənin hazırlıq proqramı 10 səviyyə üzrə
aparılır.
Sarfo ikinci səviyyəsini uğurla başa vurandan sonra onu başqa
düşərgəyə köçürürlər. Bura Tabka çayındakı ada idi. Orada o,
budaqlarla örtülən yuvada yatırmış. Bu düşərgədə əsgərlər üzməyi və
ulduzlara görə istiqaməti seçməyi öyrənirmişlər.
Sarfo məşqlər zamanı düşərgənin mərakeşli əmiri ilə yaxınlaşıb.
Əmir ona deyirmiş ki, “Emni”nin bütün əməliyyatlarının arxasında
Əbu Məhəmməd Əl Adnani dayanır.
Adnaninin 39 yaşı var. O Suriyanın şimalında Binniş şəhərinin
sakinidir. ABŞ onun başına beş milyon dollar mükafat təyin edib.
Onun haqqında çox az informasiya var, hətta yeni fotosu belə
yoxdur. O əvvəlcə dünyadakı müsəlmanlara kafirləri öldürmək
çağırışı edən İŞİD-in rəsmi nümayəndəsi kimi məşhurlaşıb.
“Emni” üzvləri 10 səviyyə üzrə olan məşqləri uğurla başa vurandan
sonra gözləri bağlı şəkildə Adnani ilə görüşürlər. Onu görmədən
sədaqətli olacaqları haqda and içirlər.
Vaşinqtonda demokratiyanın müdafiəsi fondunun böyük elmi işçisi
Tomas Coselin deyir ki, Adnani təkcə İŞİD-in
sözçüsü deyil, xaricdə keçirilən əməliyyatlarda əsas fiqurdur.
Qaçış...
H.Sarfo deyir ki, artıq ürəyində şübhələrə yol açılıbmış. Xüsusilə
əsirləri diz üstə oturdub, başlarından güllələyndən sonra o
zorakılığı qəbul etməməyə başlayıb. Və o İŞİD-dən qaçır. Bir neçə
həftə İŞİD-in nəzarəti altındakı ərazilərdə gizlənir və daha sonra
oranı tərk edir. 2015-ci il 20 iyul tarixində xüsusi xidmət
orqanları onu hava limanında həbs edir. İndi terrorçuluqda üzrə
ittiham olunur və artıq üç ildir məhkəmə prosesi davam edir.
İŞİD-in ən maraqlı yenilikləri arasında əcnəbilərin, xüsusilə
avropalıların terror aktlarına cəlb edilməsidir.
Xüsusi xidmət orqanları “Emni” rəhbərliyinə yaxın olan iki şəxs
haqda maraqlanırlar. Biri fransalı Əbu Süleyman, digəri suriyalı
Əbu Əhməddir. Onlar xaricdə terror aktlarının törədilməsi üçün
insanları və hədəfləri seçir, həmçinin, gediş marşrutunu təmin
edirlər. Bu iki şəxs Fransada və Avropanın bir neçə yerində
törədilən terror aktının əsas təşkilatçıları olub.
Asif
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin18 Dekabr 22:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq8 Dekabr 21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO