Türkiyədə daha 5 yüksək çinli məmur işdən çıxarıldı
Bizi izləyin

Dünya

Türkiyədə daha 5 yüksək çinli məmur işdən çıxarıldı

Türkiyə Telekommunikasiya və Rabitə Müdirliyində (TİB - Telekommunikasiya və İletişim Başkanlığı) bütün departamentlərin rəhbərləri işdən çıxarılıb.

“Hürriyet” qəzeti xəbər verir ki, TİB Hüquq departamentinin, Texniki departamentin, İnformasiya Sistemləri departamentinin, İnzibati idarənin və İnternet departamentinin direktorları tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Türkiyədə keçirilən 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra hökumətin apardığı ilk bürokratik islahat TİB-ə yeni sədr təyin etmək olmuşdu. Bu vəzifəyə Milli İstixbarat Təşkilatının (MİT) əməkdaşı Əhməd Cəmaləddin Çelik təyin olunmuşdu.

Leqal telefon dinləmələrinin mərkəzi olan TİB Türkiyə üçün çox əhəmiyyətli qurumdur. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm