Avtomobil uşaq bağçasına çırpılıb
Bizi izləyin

Dünya

Avtomobil uşaq bağçasına çırpılıb

ABŞ-ın Florida ştatında avtomobil uşaq bağçasının binasına çırpılıb. Ən az 12 nəfərin yaralandığı bildirilir ki, bunların da 11-i uşaqlardır. İnsident dünən Orlando şəhərində baş verib.

ABŞ-ın Florida ştatında avtomobil uşaq bağçasının binasına çırpılıb. Ən az 12 nəfərin yaralandığı bildirilir ki, bunların da 11-i uşaqlardır. İnsident dünən Orlando şəhərində baş verib.

WKMG telekanalının məlumatına görə, avtomobil qarşıdan gələn avtomobillə toqquşmamaq üçün yoldan çıxıb və binaya çırpılıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsi ciddi travmalar alıb.

Bir neçə kütləvi informasiya vasitəsi 1 nəfərin öldüyünü bildirsə də, hökumət orqanları bu məlumatı təsdiqləməyib.

Polis qəza törədən avtomobilin sürücüsünü axtarır. Toqquşmadan sonra o dayanmayıb və hadisə yerindən qaçıb. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm