ABŞ dördtərəfli danışıqlardan nəticə gözləmir
Bizi izləyin

Dünya

ABŞ dördtərəfli danışıqlardan nəticə gözləmir

ABŞ dördtərəfli danışıqlardan nəticə gözləmir

“Ukraynanın şərq bölgələrində Rusiya tərəfdarlarının regionun şəhərlərində hökumət binalarının 24 saat ərzində ələ keçirilməsi üçün əvvəlcədən məqsədli şəkildə planlaşdırıldığına dair əsaslı dəlil var”.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland söyləyib.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı bunu ABŞ-ın Helsinki Komissiyasının iclasında Amerika qanunvericilərinin Birləşmiş Ştatların Rusiyanın iğtişaşların arxasında durduğuna dair dəlili olduğuna dair sualı cavablandırarkən deyib.

V.Nuland Ukrayna hadisələrinin həyəcan siqnalı olduğunu deyərək, təcavüzkar aksiyalara cəzalandırılmadan yol verildiyi halda, bunun azad dünyanın bölüşdüyü dəyərləri təhlükə altına aldığını bildirib.


O, ABŞ-ın Ukrayna ilə bağlı dördtərəfli danışıqlardan gözləntilərinin böyük olmadığını deyib. Vaşinqton rəsmisi bununla belə müzakirələrin davam etdirilməsinin əhəmiyyətlini olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm